27 iyul 2026 11:21
91

Braziliya Argentinadakı səfirini geri çağırıb

Braziliya Xarici İşlər Nazirliyi Argentinadakı səfirini geri çağırıb. Bu qərar Argentina prezidentinin Braziliyaya səfəri zamanı etdiyi çıxışdan sonra qəbul olunub. Həmin çıxışda Xavyer Miley Braziliya prezidenti Luis İnasio Lula da Silvanı "oğru" və "cinayətkar", Ali Məhkəmənin sədrini isə "zibil" adlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə AP məlumat verir.

Təhqiramiz bəyanatlar Miley tərəfindən Liberal Partiyanın Braziliya prezidentliyinə namizəd göstərdiyi senator Flavio Bolsonarunu dəstəkləmək üçün keçirilən mitinqdə səsləndirilib. Argentina lideri həmçinin bildirib ki, yalnız Flavio Bolsonar "Lulanı dayandıra bilər".

Braziliya Ali Məhkəməsinin sədri Edson Façinə qarşı təhqirlər isə məhkəmənin Mileyə həbsdə olan keçmiş Braziliya prezidenti — Flavionun atası Jair Bolsonaroya baş çəkməyi qadağan etməsindən sonra səslənib.

Xavyer Mileyin hərəkətlərinə Argentinanın sabiq prezidenti Alberto Fernandes də kəskin tənqidlə reaksiya verib: "Miley dəli kimi qışqıraraq Braziliyaya getdi... Bizim üçün qardaş olan bir xalqın prezidentini və əsas ticarət tərəfdaşımızı təhqir etmək sadəcə bağışlanılmazdır".