14 oktyabr 2025 11:49
110

Maldiv adaları dünyada üç təhlükəli infeksiyanı aradan qaldıran ilk ölkə olub

Maldiv adaları hepatit B, sifilis və HİV-in anadan uşağa keçməsini tamamilə aradan qaldıran ilk ölkə olub.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Cənub-Şərqi Asiya Regional Ofisi məlumat yayıb.

Əvvəllər, 2019-cu ildə ÜST HİV və sifilisin ötürülməsinin aradan qaldırılmasını təsdiqləmişdi. 2025-ci ildə hepatit B-ni bu siyahıya əlavə edib. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bunu tarixi nailiyyət adlandıraraq, siyasi iradə və sərmayə ilə yeni doğulmuş körpələrdə infeksiyaları tamamilə aradan qaldırmağın mümkün olduğunu qeyd edib.