14 oktyabr 2025 14:12
119

ABŞ, Körfəz və Avropa ölkələrinə müraciət etmək niyyətindəyik - Ərdoğan

Türkiyə Qəzza zolağının bərpasının maliyyələşdirilməsi məsələsində ABŞ, Körfəz və Avropa ölkələrindən dəstək almağa çalışacaq.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə deyib.

"Qəzzanın bərpaya ehtiyacı var, bu, son dərəcə vacib məsələdir. Biz ABŞ, Körfəz və Avropa ölkələrinə müraciət etmək niyyətindəyik. Prinsip etibarilə müsbət siqnallar almışıq. Ümid edirik ki, hamı verdiyi vədləri yerinə yetirəcək", - o qeyd edib.

R.Ərdoğan əlavə edib ki, Qərb ölkələrinin Fələstin dövlətini tanıması qərarı regiondakı münaqişənin tam həlli üçün əsas kimi qiymətləndirilməlidir.