Çernoqoriya 2028-ci ildə Avropa İttifaqına üzv ola bilər.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu ölkəyə səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.
Təşkilatın rəsmi YouTube kanalında yayımlanan videoda o, "Siz gələn il danışıqların bütün fəsillərini tamamlamaqda qərarlısınız. Biz sizin 2028-ci il ambisiyanızı dəstəkləyirik" deyib.