15 oktyabr 2025 09:37
106

Ruslar Zaporojye vilayətini 24 saat ərzində 649 dəfə atəşə tutub

Oktyabrın 14-də Rusiya işğalçı qüvvələri Zaporojye vilayətində 16 yaşayış məntəqəsinə 649 hücum həyata keçirib. Zaporojye rayonuna endirilən zərbə nəticəsində 63 yaşlı kişi yaralanıb.

İki sahil” xəbər verir ki, bu barədə “Telegram”da Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.

Bildirilib ki, Rusiya qoşunları Orixiv, Bilohiriya, Novoandriivka, Malinivka və Poltavkaya 9 hava zərbəsi endirib.

Məlumata görə, hücumda ümumilikdə müxtəlif tipli 423 PUA (əsasən FPV pilotsuz uçan aparatlar) istifadə edilib.

Hakimiyyət orqanları zədələnmiş evlər, nəqliyyat vasitələri və infrastruktur obyektləri ilə bağlı 26 məlumat alıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”