12 noyabr 2016 00:27
368

Peruda neft sızan boruxəttinin inşasına başlanılacaq

Perunun “Petroperu” dövlət  neft şirkəti iki həftə sonra  neft sızan boruxəttinin yenidən inşasına başlayacaq.

Qeyd edək ki , ekoloji cəhətdən Amazon cəngəlliklərini dəfələrlə çirklənməyə   məruz qoymuş bu boruxəttinin yenidən tikintisini şirkət öz öhdəliyinə  götürüb.

“İki sahil” worldoils.com saytına  istinadən xəbər verir ki, “Petroperu” şirkəti daha bir sızmanın boruxəttinin istifadəsini tamamilə yararsız vəziyyətə gətirib çıxaracağını bildirib. 

Fevral ayından inşasına başlanılacağı nəzərdə tutulan boruxəttinin 1 il sonra istifadəyə veriləcəyi gözlənilir.