14 noyabr 2016 14:34
680

SOCAR prezidenti TEKFEN holdingin rəhbərliyi ilə görüşüb

Noyabrın 12-də SOCAR prezidenti Rövnəq Abdullayev TEKFEN holdingin yaradılmasının 60-cı ildönümü münasibəti ilə holdingin İdarə Heyətinin sədri Murat Gigin və “TEKFEN İnşaat”-ın prezidenti Levent Kafkaslını qəbul etmişdir.

TEKFEN şirkətinin təkcə Türkiyədə deyil, bütün türk dünyasında və dünya miqyasında yaxşı tanındığını söyləyən Rövnəq Abdullayev şirkətin Azərbaycanda da uğurla fəaliyyət göstərdiyini qeyd etmişdir. 20 il bundan əvvəl Azərbaycanda fəaliyyətə başlamış TEKFEN-in həyata keçirdiyi layihələrdən danışan M.Gigin və L.Kafkaslı bu dövrdə daim Dövlət Neft Şirkətinin qayğı və dəstəyini gördüklərini söyləmiş, buna görə təşəkkürlərini bildirmişlər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev TEKFEN holdingin yaradılmasının 60-cı ildönümü münasibəti ilə onları təbrik etmiş, holdingin əmək kollektivinə gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulamışdır.