20 oktyabr 2025 13:28
102

ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşüb, ayağı amputasiya edilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ekskavator operatoru xidməti vəzifəsini yerinə yetirərkən oktyabrın 20-də Xocavənd rayonunun Tağaverd kəndi ərazisində minaya düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan 1967-ci il təvəllüdlü İlqar Vəli oğlu Şirinovdur.

O, hadisə yerindən təxliyə edilərək rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.