14 noyabr 2016 16:04
312

Ölkədə təbii qaz alan abonentlərin sayı durmadan artır

2016-cı ilin oktyabr ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 806 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da 3 447-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 8 359-u isə regionların payına düşmüşdür.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1,967,128-ə çatmışdır. Oktyabrda əhali sektoru üzrə 199 922 765 kubmetr həcmində təbii qaz satılmış, ödəniş səviyyəsi 107,83 faiz olmuşdur. 

Onu da qeyd edək ki, 01 noyabr 2016-cı il tarixə olan məlumata görə, əhali sektoru üzrə 132 877 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunmuşdur. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 382 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılmışdır.