21 oktyabr 2025 08:20
92

ABŞ-ın maliyyə naziri: G7-dən Rusiyaya təzyiqi artırmasını gözləyirik

ABŞ-ın maliyyə naziri Skott Bessent Böyük Britaniya, Almaniya və Kanadadan olan həmkarlarına deyib ki, Vaşinqton administrasiyası Rusiyaya Yeddilik Qrupundan (G7) iqtisadi təzyiqin artmasını gözləyir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

S.Bessent vurğulayıb ki, ABŞ bu tədbirlərin gücləndirilməsində Avropanın fəal rol oynamasını gözləyir. O, həmçinin Çinin Rusiya neftini almağa davam edəcəyi təqdirdə ona yeni tariflər tətbiq etmək imkanını təklif edib, lakin bu, yalnız Avropalı müttəfiqlərinin dəstəyi ilə baş verəcək.