Myanma silahlı qüvvələri ölkənin cənubunda Taylandla sərhədə yaxın ərazidə əməliyyat keçirib və fırıldaqçı "KK Park" zəng mərkəzi ərazisini təmizləyərək 2198 nəfəri azad edib.
“İki sahil” xəbər verir ki, bu barədə "The Eleven Media Group" media şirkətinin xəbər portalı bildirib.
Məlumata əsasən, Karen ştatında Myanma Silahlı Qüvvələrinin əməliyyatı zamanı altısı böyük olmaqla 58 silahlı toqquşma baş verib.
Ordu 10 nəfərin cəsədi, 16 silah və 30 Starlink peyki tapıb.
Avropada dəniz yolu ilə narkotik qaçaqmalçılığına qarşı əməliyyat zamanı 454 kiloqram kokain müsadirə edilib
Qərb sahilində minlərlə qədim artefaktı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb