22 oktyabr 2025 12:41
129

Macarıstan Putini həbs etməyəcək - Siyarto

Macarıstan Rusiya prezidenti Vladimir Putini ölkəyə səfər edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında həbs etməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto CNN telekanalına müsahibəsində bildirib.

"Beynəlxalq Cinayət Məhkəməsinə gəlincə, prezident Putin bu yay ABŞ-a səfər edib və həbs olunmayıb. Əgər o, Macarıstana gəlsə, o da həbs olunmayacaq", - Siyarto bildirib.

O, qeyd edib ki, əgər Aİ ölkələri Rusiya prezidentinin Macarıstana gəlməsinə mane olmağa çalışsalar, bu o deməkdir ki, onlar sülh istəmirlər.