Slovakiyanın baş naziri Robert Fitso bildirib ki, 23-24 oktyabrda keçiriləcək Aİ sammitinin yekun sənədində Bratislavanın tələbləri yerinə yetirildiyi təqdirdə ölkəsi Rusiyaya qarşı Avropa sanksiyalarının 19-cu paketini dəstəkləyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin “Dennik N” qəzeti məlumat yayıb.
Bildirilir ki, şərtlət Slovakiyanın energetika və avtomobil sənayesi üzrə təkliflərinə aiddir.
Slovakiyanın xarici işlər naziri Juraj Blanar bildirib ki, Bratislava Rusiyaya qarşı 19-cu Avropa sanksiyalar paketini dəstəkləyə bilər, çünki Avropa Komissiyası elektrik enerjisi qiymətləri və iqlim hədəfləri ilə bağlı narahatlıqları nəzərə almağa hazırdır.
Polşanın energetika naziri Miloş Motıka bundan əvvəl Macarıstan və Slovakiyaya Rusiya qazından imtina etmək üçün dəstək vəd etmişdi.