22 oktyabr 2025 14:32
130

Polşa Putinin təyyarəsinin bu ölkə səmasında təhlükəsizliyinə zəmanət vermir

Macarıstanın xarici işlər naziri Peter Siyarto polşalı həmkarı Radoslav Sikorskinin Rusiya prezidentinin təyyarəsi üçün Polşa hava məkanında heç bir təhlükəsizlik zəmanətinin olmadığını bildirən açıqlamalarına münasibət bildirib.

“İki sahil” xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında yazıb.

Sikorski bəyan edib ki, Varşava Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına hörmətlə yanaşır. O əlavə edib ki, Polşa BCM-nin order verdiyi Vladimir Putinin olduğu təyyarəni məcburi endirməyəcəyinə söz verə bilməz.

“Sikorski Tuskun tələbi ilə “Şimal axını 2”ni partladan terrorçunu ekstradisiya etməkdən imtina edən eyni müstəqil məhkəmədən danışırmı?"- deyə Siyarto yazıb.

Polşalı nazirin bu sözləri Rusiya-ABŞ sammitinə hazırlıqla bağlı xəbərlər fonunda səsləndirilib. Vladimir Putin və Donald Tramp arasında görüş Budapeştdə baş tuta bilər.