Rusiya müharibənin 1337-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 91 690 PUA-sı, 633 zenit-raket kompleksi, 25 616 tank və digər zirehli texnikası, 1 605 reaktiv yaylım atəş sistemi, 30 705 artilleriya və minaatanı, 44 572 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.