Vaşinqton administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə verəcəyi təqdirdə, Rusiya rəsmiləri ilə görüşməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.
"Biz hələ də Rusiya tərəfi ilə görüşmək istəyirik", - deyə o vurğulayıb. "Rusiya xarici işlər naziri Sergey Lavrovla yaxşı telefon danışığım oldu. Biz bu əsasda işi davam etdirəcəyik", - dövlət katibi əlavə edib. "Əgər sülhə nail olmaq imkanı varsa, biz həmişə bu cür təmaslarda maraqlı olacağıq", - deyə Rubio bildirib.