23 oktyabr 2025 08:19
121

BYD "Xiaomi"ni üstələyərək ən sürətli elektromobil oldu

BYD şirkəti "Yangwang U9 Xtreme" elektrik hiperkarı ilə yeni rekord müəyyənləşdirib.

“İki sahil” xəbər verir ki, kupe məşhur Nürburqrinq trasında 20.8 kilometrlik dövrəni 6 dəqiqə 59,157 saniyəyə qət edib.

Bu nəticə "Xiaomi SU7 Ultra" sedanından təxminən 6 saniyə daha sürətli olmaqla "Yangwang U9 Xtreme"i Nürburqrinqin ən sürətli elektrik avtomobili edib.

Qeyd edək ki, "Yangwang" kupesi həm də Nürburqrinqdə 7 dəqiqəlik həddi aşan ilk elektrik avtomobili olub. Modelin yalnız 30 ədəd nüsxəsi istehsal ediləcək.

Avtomobil 3 019 at gücündə dörd elektrik mühərriki ilə təchiz edilib və 100 km/saat sürəti cəmi 2.36 saniyəyə yığır. Kupenin Çindəki qiyməti 1.8 milyon yuandan (təxminən 430 min manat) başlayır.