23 oktyabr 2025 15:00
119

Zelenski: Heç bir ərazi güzəşti olmayacaq

Ukrayna Rusiyaya ərazi güzəştlərinə getməyə hazır deyil.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının Brüsseldə keçirilən sammitindəki çıxışında bildirib. O, jurnalistlərin sualına cavablandırarkən deyib ki, heç bir ərazi güzəşti olmayacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə Vaşinqtonda Zelenski ilə görüşüb. “Axios” portalının məlumatına görə, danışıqlar gərgin keçib və Tramp sərt davranış nümayiş etdirib. Nəticədə Ukrayna lideri Ağ Evin hüdudlarından kənarda mətbuat konfransı keçirməyə məcbur olub.

“The New York Times” nəşri yazıb ki, Amerika Prezidenti ukraynalı həmkarını Rusiya ilə sülh əldə etmək naminə ərazi güzəştlərinə getməyə inadla çağırıb.