24 oktyabr 2025 16:16
123

Milli Məclisin növbəti plenar iclası oktyabrın 31-də keçiriləcək

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası oktyabrın 31-də keçiriləcək.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasının yekununda bildirib.

O qeyd edib ki, növbəti plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.