29 oktyabr 2025 12:51
140

Milli Məclisdə beynəlxalq parlament konfransı keçirilib - FOTO

Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş konfransda müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri Sahibə Qafarova yekun nitqində bildirib ki, aparılan müzakirələrin parlamentlər arasında dostluq və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyinə inanır.