14 mart 2026 10:00
103

Bakı Olimpiya Stadionu WUF13 çərçivəsində 40 əsas sessiyaya ev sahibliyi edəcək

2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas tədbirləri Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev XIII Qlobal Bakı Forumunda keçirilən brifinqdə deyib.

Anar Quliyev qeyd edib ki, forum çərçivəsində 40 əsas sessiya, tərəfdaşların təşkil etdiyi təxminən 350 tədbir və 35 min kvadratmetr sahəni əhatə edən geniş şəhər sərgisi keçiriləcək.

Anar Quliyev bildirib ki, “Urban expo” yalnız sərgi məkanı deyil, həm də dialoq, tərəfdaşlıq və praktiki əməkdaşlıq üçün platforma rolunu oynayacaq. Burada startaplar və innovatorlar dünyanın müxtəlif ölkələrindən mənzil və şəhərsalma sahəsində sınaqdan keçmiş həlləri təqdim etmək imkanı əldə edəcəklər.

Anar Quliyev qeyd edib ki, forum ölkələrə şəhər inkişafı, mənzil siyasəti və iqlim dayanıqlılığı sahəsində əldə etdikləri nailiyyətləri nümayiş etdirmək üçün geniş imkanlar yaradacaq.