Səmərqənddə keçirilən UNESCO-nun Baş konfransı çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin geniş spektrini, o cümlədən siyasi, iqtisadi, mədəni-humanitar, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Gürcüstan və Özbəkistan arasında bütün sahələrdə əlaqələrin inkişafına töhfə verən yüksəksəviyyəli səfərlərin dinamikası qeyd olunub.
Nazirlər Avropa və Asiya arasında əlaqə baxımından Gürcüstanın mühüm rolunu və Orta Dəhlizin inkişaf perspektivlərini müzakirə ediblər.
Son illər Gürcüstanla Özbəkistan arasında ticarət dövriyyəsinin, eləcə də Özbəkistandan Gürcüstana gələnlərin sayının artdığı məmnunluqla qeyd olunub.
Müzakirə olunan məsələlər arasında regionda və dünyada təhlükəsizlik mühiti və çağırışlar da olub. Nazirlər bu istiqamətdə birgə səylərin vacibliyini vurğulayıblar.
Şalva Papuaşvili: AŞPA məruzəçilərinin bəyanatı impulsiv reaksiyadan başqa bir şey deyil