Polşa qırıcıları çərşənbə axşamı Baltik dənizi üzərində beynəlxalq hava məkanında uçuş planı təqdim etmədən və transponderi söndürülmüş halda kəşfiyyat missiyası yerinə yetirən Rusiya təyyarəsini ələ keçiriblər.
“İki sahil” xəbər verir ki, bu barədə çərşənbə günü Polşa ordusu məlumat yayıb.
NATO-nun şərq cinahındakı ölkələr sentyabr ayından etibarən hava məkanına mümkün müdaxilələrə qarşı yüksək hazırlıq vəziyyətinə gətirilib. Həmin ay üç Rusiya hərbi təyyarəsi Estoniyanın hava məkanını 12 dəqiqə ərzində pozduqdan bir neçə gün sonra 20-dən çox Rusiya pilotsuz uçuş aparatı Polşa hava məkanına daxil olmuşdu, – deyə “Reuters” agentliyi yazır.
“Polşa qırıcıları uçuş planı təqdim etmədən və transponderi söndürülmüş halda beynəlxalq hava məkanında kəşfiyyat missiyası yerinə yetirən İl-20 təyyarəsini ələ keçiriblər. Təyyarə Polşa hava məkanını pozmayıb”, – deyə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının məlumatında bildirilib.
Polşa ordusunun Operativ Komandanlığının nümayəndəsi Yatsek Qorışevski özəl “TVN24” telekanalına açıqlamasında bildirib ki, bu insident Polşanın “hava məkanının pozulmamasına diqqətlə nəzarət etdiyini” göstərir.
Şalva Papuaşvili: AŞPA məruzəçilərinin bəyanatı impulsiv reaksiyadan başqa bir şey deyil