Çin 31 oktyabrda göyərtəsində üç taykonavt olan "Shenzhou-21" kosmik gəmisini milli orbital stansiyaya buraxacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Çin İnsan Kosmik Uçuş Proqramı Administrasiyasının rəsmi nümayəndəsi Çjan Çzinbo məlumat verib.
O bildirib ki, "Shenzhou-21" pilotlu kosmik gəmisi 31 oktyabrda, Pekin vaxtı ilə saat 23:44-də Çinin şimalındakı Jiuquan Peyk Buraxılış Mərkəzi yaxınlığından kosmosa çıxarılacaq.