Naməlum obyektlərin izlənilməsi ilə bağlı məlumatları qeydə almaq üçün istifadə edilən “Enigma” tətbiqi ABŞ sahilləri yaxınlığında 9 mindən çox anomal sualtı obyekt barədə məlumat qeydə alıb.
“İki sahil” xəbər verir ki, məlumatı “Marine Technology News (MT)” nəşri yayıb.
Nəşrin yazdığına görə, naməlum dəniz obyektləri barədə məlumatlar müxtəlif dövrlərdə qeydə alınıb. Məsələn, ingilis təbiətşünası Endryu Bloksam tərəfindən 1825-ci ildə dərc edilmiş hesabatda dənizdən qalxan qırmızı kürələrdən bəhs olunur.
ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı, hidrolokatorların operatoru Aaron Amik bildirib ki, cihazlar bəzən sürətlə hərəkət edən qeyri-adi obyektləri qeydə alırdı. Onun sözlərinə görə, həmin obyektlərin sürəti o qədər yüksək olub ki, lokatorlar ölçə bilməyib.
Öz növbəsində, ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş kontr-admiralı Tim Qallodet 2024-cü ildə Konqresdə çıxışı zamanı vurğulayıb ki, bu cür obyektlər milli təhlükəsizlik üçün ciddi təhdid kimi qiymətləndirilməlidir.
“Enigma” tətbiqində su altında hərəkət edən işıqlı obyektlər və okeandan qalxan parlaq NLO-lar barədə çoxsaylı məlumatlar toplanıb. Bu tip hadisələr barədə məlumatlar daha çox Kaliforniya və Florida ştatlarından daxil olur.
Nigeriyada vəhşi heyvan qaçaqmalçılarına qarşı daha sərt cəzalar tətbiq ediləcək