30 oktyabr 2025 13:28
103

Ermənistanda həqiqi hərbi xidmət müddəti 18 ay olub

Ermənistanda həqiqi hərbi xidmət müddəti 24 aydan 18 aya endirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qərar 2025-ci ilin qış çağırışından etibarən tətbiq olunacaq.

Bundan əlavə, Ermənistanda 2027-ci ilin ikinci yarısından məcburi hərbi xidmətin təşkili xərclərinin azalması da nəzərdə tutulub.