30 oktyabr 2025 16:37
101

ABŞ-ın maliyyə naziridən iqtisadi artımla bağlı AÇIQLAMA

ABŞ-ın maliyyə naziri Skott Bessent iqtisadi artımın şatdaun səbəbindən yavaşlayacağını etiraf edib.

“İki sahil” xəbər verir ki,  o, bu barədə "Fox Business"ə açıqlama verib.

"Proqnozlaşdırmaq çox çətindir, amma bilirik ki, artım daha aşağı olacaq", - deyə, o, qeyd edib.

Bir müddət əvvəl ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell yeni tariflərin ölkədə daha yüksək inflyasiyaya səbəb olacağını bildirmişdi.