31 oktyabr 2025 08:32
126

Cənubi Koreya Prezidenti sərbəst ticarətin gələcəyini şübhə altına alıb

Sərbəst mal dövriyyəsi prinsiplərinə əsaslanan beynəlxalq ticarət sistemi qeyri-müəyyənliklə üzləşir.

“İki sahil” xəbər verir ki, bu barədə Kyoncuda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) sammitində Koreya Respublikasının Prezidenti Li Çje Myon bildirib.

"Biz kifayət qədər çətin vəziyyətlə üzləşirik, vacib bir yol ayrıcındayıq. Sərbəst ticarət sistemini qeyri-müəyyən gələcək gözləyir, rəqabət daha sərt olur", - deyə Myon bildirib.

Müşahidəçilər 2026-cı il APEC sammitinin bəyannaməsinə sərbəst ticarət bəndinin daxil edilib-edilməyəcəyini maraqla izləyirlər.

Li Çje Myon həmçinin süni intellekt və onunla əlaqəli dəyişikliklərin təkcə "misli görünməmiş çağırış" deyil, həm də "müstəsna yeni imkanlar" olduğunu bildirib.

"Əməkdaşlıq və həmrəylik irəli getməyimizə imkan verəcək yeganə həlldir", - deyə Koreya Respublikasının Prezidenti qeyd edib. O hazırki sammitin "Dayanıqlı gələcək qurmaq: qarşılıqlı əlaqə, innovasiya, rifah" şüarı altında keçdiyini xatırladıb.