31 oktyabr 2025 15:01
116

Nyu-York şəhərində rekord yağış səbəbindən iki nəfər həlak olub

ABŞ-ın Nyu-York şəhərində rekord yağış nəticəsində iki nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 39 yaşlı kişi su basmış zirzəmidən itlərini xilas etməyə çalışarkən ölüb, digər bir kişini isə qazanxanada işləyərkən elektrik cərəyanı vurub.

Güclü yağış şəhər infrastrukturunun normal fəaliyyətini pozub.

Nyu-York Şəhər Fövqəladə Halların İdarə Edilməsi Departamenti və Milli Hava Xidmətinin məlumatına görə, şəhərə 1917-ci ildən bəri bir gündə ən çox  yağış yağıb.