 
                    Bu ilin üçüncü rübündə qızıla qlobal tələbat illik müqayisədə 3 faiz artaraq rekord həddə - 1313 tona çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının hesabatında bildirilir. Qeyd olunur ki, son vaxtlar bütün dünya üzrə mərkəzi banklar qızıl ehtiyatlarını mümkün qədər artırmağa çalışırlar.
Üçüncü rübdə ən böyük qızıl alıcıları siyahısına Qazaxıstan (18 ton), Braziliya (15 ton) və Türkiyə (7 ton) daxildir. Türkiyə mətbuatının məlumatına görə, son əməliyyatlardan sonra ölkənin əsas maliyyə tənzimləyicisinin ümumi qızıl ehtiyatları 641 tona çatıb.
Bu kontekstdə ekspertlər iqtisadi qeyri-müəyyənlik və geosiyasi risklər fonunda mərkəzi bankların qızıla marağının artdığını qeyd edirlər. Türkiyəyə gəlincə, valyuta dəyişkənliyindən qorunmaq üçün qızıl strateji alət və milli maliyyə müstəqilliyini gücləndirmək vasitəsi olaraq qalır.
 Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur
                                
                                    
                                    
                                
                                
                                
                                    Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur