31 oktyabr 2025 20:30
138

Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin gəncıər və idman nazirinin müavini Enes Eminoğlu deyib.

Türkiyə-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini dəyərləndirən nazir müavini bildirib ki, gənclər mövcud əlaqələri daha da genişləndirməlidirlər:

"Bu yöndə gənc iş adamlarının əməkdaşlığı vacibdir. 44 günlük müharibə ilə Qarabağın işğaldan azad edilməsi bizim üçün böyük Zəfərdir. Həmin dövrdə biz "Qarabağ Azərbaycandır" deyə səsimizi ucaldırdıq və bu gün isə "Qəzza Fələstindir" deyirik".