Şimali Koreya xarici işlər nazirinin müavini Pak Men Ho Koreya yarımadasının nüvəsizləşdirilməsini Cənubi Koreya üçün xəyal adlandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə diplomatın açıqlamasında bildirilib.
"Biz səbirlə göstərəcəyik ki, (Cənubi Koreya - red.) nüvəsizləşdirmədən nə qədər, hətta yüz və ya min dəfə danışsa da, bu, mümkün olmayan bir xəyaldır", - deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, Cənubi Koreya hələ də KXDR-in nüvə statusunun inkar edilməsinin və yarımadanın nüvəsizləşdirilməsi istəyi ilə bağlı davamlı açıqlamaların Seulun "axmaqlığını" göstərdiyini başa düşmür.