01 noyabr 2025 08:41
121

ABŞ-da neft emalı zavodunda partlayış baş verib

ABŞ-ın Nyu-Meksiko ştatının Artesia şəhərindəki "HF Sinclair Navajo" neft emalı zavodunda partlayış və sonra yanğın olub.

“İki sahil” yerli mediaya istinadən xəbər verir ki, "HF Sinclair"ın sözçüsü Korin Smitin sözlərinə görə, hadisə nəticəsində azı üç nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Partlayışdan sonra baş verən yanğın səbəbindən şəhərin üzərini qalın tüstü bürüyüb. Hakimiyyət orqanları sakinləri içəridə qalmağa, qapı və pəncərələri bağlamağa, neft emalı zavodunun yaxınlığındakı ərazilərdən və tüstüdən təsirlənən ərazilərdən çəkinməyə çağırıb.

Hadisənin səbəbləri araşdırılır.