01 noyabr 2025 08:17
114

Luvr soyğunçuluğunda şübhəli bilinənlər "Paris" - "Lion" matçında saxlanılıb

Luvr soyğunçuluğunda şübhəli bilinən dörd nəfər oktyabrın 29-da Fransa liqasının X turunun "Jan-Buan" stadionunda keçirilən "Paris" və "Lion" futbol komandaları arasında 3-3 hesabı ilə başa çatan oyun zamanı saxlanılıb.

İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, əməliyyat Banditizmə qarşı Mübarizə Briqadasının (BRB) əməkdaşları tərəfindən həyata keçirilib.

Həbs 19 oktyabrda baş verən soyğunçuluqla bağlı istintaqın yeni mərhələsinin bir hissəsidir. Muzeydən təxminən 88 milyon avro dəyərində zərgərlik əşyaları oğurlanıb və harada olduğu məlum deyil. Hadisə ilə əlaqəli olan iki şübhəli daha əvvəl həbs edilib.

Paris prokurorunun sözlərinə görə, işə 100-dən çox müstəntiq cəlb olunub. İstintaq həm hazırlıq fəaliyyətlərini, həm də cinayətkar qrupun faktiki əməliyyatlarını əhatə edir.