01 noyabr 2025 12:19
130

Moskva və Bakı elektron nəqliyyat qaimələri üzrə pilot layihənin işə salınmasını müzakirə edir

Azərbaycan və Rusiya elektron nəqliyyat qaimələrinin tətbiqi üzrə eksperimentin keçirilməsini araşdırır.

“İki sahil”in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu "Beynəlxalq Nəqliyyat Dəhlizləri Direktorluğu" SC-nin beynəlxalq layihələr və rəqəmsallaşdırma departamentinin rəhbərinin müavini Natalya Zadonskaya bildirib.

"Biz Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bütün ölkələri ilə işləyirik. Xüsusilə, Azərbaycanla "e-CMR"nin (elektron beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi) tətbiqi üzrə pilot layihə hazırlanır. Eyni zamanda, Azərbaycan bizi elektron "icazələr"in tətbiqinə də təşviq edir. Düşünürəm ki, Rusiya bu işi davam etdirəcək", - o bildirib.

"e-CMR" beynəlxalq qaiməsi göndərən, daşıyıcı və yük alan arasında bağlanan üçtərəfli müqavilənin təsdiqidir. Elektron sənədin tətbiqi sərhədləri keçərkən əməliyyatları sürətləndirir və kağız qaiməsi ilə müqayisədə xərcləri azaldır.