İranın iradəsi nüvə sənayesini inkişaf etdirməklə nüvə silahını düzəltmək deyil, ölkənin ehtiyaclarını qarşılamaq üçündür.
“İki sahil” xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bu gün nüvə sənayesi üzrə müdirlərlə görüşdə deyib.
Onun sözlərinə görə, İranın dincməqsədli nüvə fəaliyyətləri əleyhinə məqsədli şəkildə təbliğat aparılır. İctimai fikirdə İranın nüvə sənayesinin atom silahı düzəltmək məqsədi daşıdığı kimi təqdim olunur. Halbuki nüvə sənayesi elmi və sənaye imkanları və potensialının böyük toplusudur.
Pezeşkian əlavə edib ki, bu sahənin uyğun olmayan mənfi nəticələrinin sadəcə bir hissəsi atom bombasını düzəltməkdir. Bu sahənin qalan hissəsi insanın əsaslı ehtiyaclarının aradan qaldırılması istiqamətindədir.
Pezeşkian bildirib ki, İranın nüvə alimləri radioizotopların istehsalı və yeni müalicə texnologiyaların inkişafı sahəsində addımlar atırlar. Bu sahənin sürətlə və daha güclü şəkildə izlənilməsi zəruri ehtiyacdır.
İran prezidenti deyib ki, İranın nüvə sənayesindəki alimləri müxtəlif sahələr, o cümlədən su, kənd təsərrüfatı və ətraf mühit sahəsində bacarıqlarını artırmalıdırlar.
Qeyd edək ki, bu gün İranda səhiyyə, müalicə və radioizotopların istehsalı üzrə nüvə sənayesi alimlərinin innovativ nailiyyətləri üzrə sərgi keçirilib. İran prezidenti sərgidəki nailiyyətlərlə yaxından tanış olub.
Bessent: ABŞ Çinin nadir yeraltı metallardan asılılığını aradan qaldırmaq niyyətindədir
Nigeriya Prezidenti ABŞ lideri ilə xristianların qətllərinin müzakirəsinə hazırdır