03 noyabr 2025 16:35
155

Avropa Komissiyası Rusiya nefti ilə bağlı rüsumları artıracaq

Avropa Komissiyasının sözçüsü Paula Pinho bildirib ki, Avropa Komissiyası Rusiya neftinə rüsumların artırılmasına hazırlıqlarını davam etdirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"ABŞ sanksiyaları ilə elan etdiyimiz tədbirlər arasında hər hansı bir əlaqə olduğunu eşitməmişəm. Buna görə də, elan edilənlər üzərində işləməyə davam etdiyimizi başa düşürəm", - deyə, o, qeyd edib.

23 oktyabrda ABŞ Maliyyə Nazirliyi Rusiyanın "Rosneft" və "Lukoil" neft şirkətlərinə qarşı sanksiyalar elan edib.

"Bloomberg" xəbər verir ki, Hindistanın dövlətə məxsus neft emalı zavodları ABŞ-ın Rusiya təchizatçılarına tətbiq etdiyi sanksiyalara baxmayaraq, Rusiyadan endirimlə neft idxal etməyə davam etmək imkanını nəzərdən keçirir.