25 iyul 2026 13:55
91

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

İyulun 25-nə keçən gecə Rusiya pilotsuz uçuş aparatının Ukraynanın Sumı şəhərindəki "Nova Poçta" çeşidləmə terminalına endirdiyi zərbə nəticəsində üç nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Nova Poçta" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Şirkətin açıqlamasına görə, hücum nəticəsində tərəfdaş daşıyıcı şirkətlərin üç sürücüsü həyatını itirib. “Nova Poçta"nın öz əməkdaşları arasında ölən və ya xəsarət alan yoxdur. Yaralanan sürücülərin vəziyyətinin isə stabil olduğu bildirilir.

"Hücum zamanı məhv edilmiş bağlamaların elan olunmuş dəyəri müştərilərə tam şəkildə kompensasiya ediləcək. Eyni zamanda, "Nova Poçta" çatdırılma prosesində yarana biləcək gecikmələrin qarşısını almaq məqsədilə ehtiyat logistika marşrutlarını və alternativ çeşidləmə mərkəzlərini işə salıb", – deyə şirkətin məlumatında qeyd olunub.