Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində noyabrın 8-də Laçın rayonunda “Zəfərin Səsi – Laçın 2025” adlı konsert proqramı təşkil olunub.
“İki sahil” xəbər verir ki, proqram yüksək bayram ovqatı ilə yadda qalıb. Xalq və Əməkdar artistlərin, estrada ulduzlarının iştirakı ilə möhtəşəm konsert proqramı nümayiş etdirilib. Səslənən vətənpərvərlik ruhlu mahnılar və rəqs nömrələri tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb. Gecənin sonunda Laçın şəhərinin Seyrəngah ərazisində atəşfəşanlıq şousu təqdim edilib.
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər