Naxçıvanda Vətən müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
“İki sahil” xəbər verir ki, Heydər Əliyev Muzeyinin önündə Naxçıvan şəhər 2 nömrəli incəsənət məktəbinin şagirdləri işğaldan azad olunmuş rayonlarımıza həsr olunmuş maraqlı kompozisiya nümayiş etdiriblər.
Naxçıvan şəhərindəki ümumtəhsil, incəsənət məktəblərinin, eləcə də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Məktəbi və Ərtoğrol Cavid adına Uşaq İncəsənət Məktəbinin istedadlı şagirdləri isə şanlı qələbəmizi, Müzəffər ordumuzu və sülh motivlərini əks etdirən, müxtəlif üsulda işlənmiş 50-yə yaxın rəsm əsəri təqdim ediblər.
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər