Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filiallarının əməkdaşları ölkənin müxtəlif rayonlarında yaşayan şəhid ailələrini ziyarət ediblər.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “İki sahil”ə verilən məlumata görə, mütəmadi xarakter daşıyan ziyarətlərin məqsədi şəhidlərimizin əziz xatirəsini anmaq, onların ailə üzvlərinin sosial vəziyyətlərini diqqətdə saxlamaqdır.
Ziyarətlər zamanı şəhidlərin ailə üzvləri ilə həmsöhbət olan əməkdaşlar onların sosial vəziyyəti ilə maraqlanıb, bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacaqlarını bildiriblər.
Görüşlərdə həmçinin şəhid ailələrinə göstərilən sosial dəstək tədbirlərindən danışılıb.
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər