Bakıda avtoxuliqanlıq edərək videosunu "TikTok"da paylaşan sürücü həbs edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, paytaxtın Nizami rayonu ərazisində sürücülük hüququ olmadan avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan "Tofaş" markalı, 10-ST-665 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural İbrahimov saxlanılıb.
T.İbrahimov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini "TikTok" sosial şəbəkəsində paylaşıb.
Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.İbrahimovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 20 sutka inzibati qaydada həbs edilib.
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər