7-13 noyabr tarixlərində Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Belarusiyadan olan 10 aparıcı turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edilib.
“İki sahil” xəbər verir ki, iştirakçılar Azərbaycanın qış turizm imkanları ilə, o cümlədən “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində təqdim olunan xidmətlərlə tanış olublar, Qusar və Qəbələ ilə yanaşı, İsmayıllı və Quba bölgələrinə səfər ediblər.
Tanışlıq səfəri çərçivəsində, həmçinin yeni tərəfdaşlıqlar qurmaq və Azərbaycanı cəlbedici turizm destinasiyası kimi tanıtmaq məqsədilə 40-dan çox yerli turizm sənayesi nümayəndəsi ilə Belarusiyanın turizm şirkətləri arasında B2B görüşlər keçirilib.
Qeyd edək ki, 2025-ci ilin 10 ayı ərzində Belarusiyadan Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 3% faiz artımla 23 229 ziyarətçi gəlib.
Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir İlhamə Qədimova
Bu texnologiya dövlət dəstəyi mexanizmlərində rəqəmsal alətlərdən istifadənin genişləndirilməsinə xidmət edir
Aqrar sektorda 24 süni intellekt həlli üzrə hazırlıq başa çatıb - İlhamə Qədimova
Aqrar Süni İntellekt layihəsi kənd təsərrüfatının inkişafına HANSI TÖHFƏNİ VERİR?