“Azneft” İstehsalat Birliyi “Qərbi Abşeron” yatağında hasilatın artırılması məqsədilə quyu fondunun genişləndirilməsi istiqamətində mühüm tədbirlər görür.
Bu günlərdə Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən horizontal qazmadan sonra 23 nömrəli quyu istismara verilmişdir. Quyu məhsuldar qat çöküntülərinin qirməki lay dəstəsindən dalma nasosu üsulu ilə məhsul vermiş, hazır süzgəclər endirilməklə 767-648 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.