Avropa İttifaqının Rusiyaya qarşı növbəti sanksiyalar paketi yaxın həftələrdə hazır olmalıdır.
“İki sahil” "İnterfaks"a istinadla xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts deyib.
O, birgə mətbuat konfransında bildirib ki, Avropa İttifaqında (Aİ) növbəti sanksiya paketi yaxın həftələrdə hazırlanacaq.
Kansler əlavə edib ki, Aİ Rusiyaya təzyiqi davam etdirmək və onun mövcud sanksiyalardan yayınmaq cəhdləri ilə mübarizə aparmaq niyyətindədir.