24 iyul 2026 22:57
111

ABŞ və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans keçirməyi planlaşdırır

Hörmüz boğazında dəniz gəmiçiliyini qorumaq üçün potensial beynəlxalq koalisiyanın qurulmasını nəzərdən keçirmək məqsədilə ABŞ və Böyük Britaniya gələn həftə Londonda yüksəksəviyyəli görüş keçirməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə iki Avropa diplomatı “Axios”a bildirib.

Qeyd olunur ki, səfər proqramı və tarixi hələ dəqiqləşdirilməyib. Avropalı diplomatlar bildiriblər ki, görüşdə Qərb ölkələrindən və region ölkələrindən müdafiə nazirləri və yüksəkrütbəli hərbi komandirlərin iştirakı gözlənilir.

ABŞ-dən müharibə katibi Pit Heqset və Birləşmiş Qərargah Rəislərinin sədri general Den Keyn görüşdə iştirak edəcək.