ABŞ Prezidenti Donald Tramp noyabrın 20-də Ağ Evdə Qəzzada atəşkəs razılaşması çərçivəsində azad olunan israilli girovları qəbul edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, oktyabrın 13-də Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində azad edilən 20 girovun hamısı Ağ Ev rəhbərindən dəvət alıb.
Agentlik onu da qeyd edib ki, girovlar İsrail hökumətinin vəsaiti hesabına Vaşinqtona kommersiya aviareysləri ilə uçacaqlar.
Baxçalı: Türkiyə və ya Azərbaycan hava məkanında yolunu itirmiş raket görmək istəmirik
SEPAH: ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran ölkələrin gəmiləri Hörmüz boğazından keçə biləcək