20 noyabr 2025 09:01
82

Tarixi  qərar

Hamımızın bildiyi kimi 1992-ci ilin əvvəllərində ölkə ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə idi. Xalq hərəkatı dalğasında yaranan partiyalar ölkəni bu böhrandan çıxarmaqda aciz qaldılar. Belə bir şəraitdə xalqın tələbi ilə yeni, güclü siyasi qüvvənin yaradılması zərurətə çevrildi və bu zərurətdən yaranan  qərar belə oldu:

1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi qərara alındı. Bu qərar yalnız bir partiyanın yaranması deyildi, həm də müstəqil dövlətçiliyin xilası və gələcək inkişaf yolunun başlanğıcı kimi qəbul olundu.

Partiyanın yaradılması təşəbbüsü Heydər Əliyevin siyasi liderliyi ilə bağlı idi. Onun ətrafında toplaşan ziyalılar ölkəni böhrandan çıxarmaq üçün YAP-ı təsis etdilər.

Bəs partiyanın tarixi əhəmiyyəti nə oldu?

Bu qərar Azərbaycan xalqının sabitlik, inkişaf və güclü dövlətçilik arzularının ifadəsi oldu.Düşünürəm ki, YAP bu gün də ölkənin siyasi  həyatında  aparıcı  qüvvədir və bu günkü  əhəmiyyəti ölkənin  dövlətçilik ənənələrinin qorunması və inkişafı ilə  bağlıdır.

Nərgiz Mahmudova,
24 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi