22 noyabr 2025 17:31
128

Azərbaycan tütün idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 106,650 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.

“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,7 % çoxdur.

Hesabat dövründə Azərbaycandan 50,547 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 2,1 % çoxdur.

Tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,55 %-ni, ixrac isə ümumi ixracın 0,23 %-ni təşkil edib.

Xatırladaq ki, 10 ayda Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,9 % azalıb, idxal isə 15,6 % artıb.