22 noyabr 2025 21:31
78

ABŞ və Ukrayna nümayəndələri Cenevrədə sülh planını müzakirə edəcək

ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkov və senator Marko Rubio ABŞ-nin Ukrayna ilə bağlı sülh planını müzakirə etmək üçün Cenevrədə keçiriləcək görüşdə iştirak edəcəklər.

“İki sahil”in "Reuters"ə istinadən verdiyi məlumata görə, danışıqlar ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə baş tutacaq, Rusiyanın iştirakı isə gözlənilmir.

ABŞ ordusunun katibi Daniel Driskoll artıq İsveçrəyə gəlib. Ukrayna nümayəndə heyətinin bu axşam Cenevrəyə çatacağı gözlənilir.

Görüş Vaşinqtonun müharibəyə son qoymaq üçün planlaşdırdığı diplomatik səylərə hazırlıqda əsas addım kimi qiymətləndirilir.